İranda da parlament seçkiləri keçirilir

İranda da parlament seçkiləri keçirilir

İran rəsmiləri xalqı seçkilərdə intensiv iştirak etməyə çağırır

 

Bu gün İranda 11-ci çağırış parlament seçkiləri keçirilir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, 57 milyon 918 min seçicinin olduğu seçkilərdə iranlılar 55 min məntəqədə səs verəcəklər.

 

İran Yüksək Seçki Şurası yerli vaxtla səhər 08.00-da başlayan səsvermə prosedurlarının gecə 00:00-a qədər davam edəcəyini bildirib.

 

İran rəsmiləri xalqı seçkilərdə intensiv iştirak etməyə çağıraraq, builki parlament seçkilərinin əsas şuarının “güclü parlamnet”  olduğunu açıqlayıb.

 

İranın Ali dini lideri Ayətullah Əli Xamenei isə bugünki seçkiləri milli bayram adlandırıb və bütün İran ictimaiyyətini seçki günü münasibətilə təbrik edib: “Millət səsvermə yolu ilə ölkə rəhbərliyində bir iradə hüququ olduğunu ortaya qoyur. Eyni zamnda bu həm də dini bir vəzifədir”.

Müəllif: Ayna.az      21 Fevral 2020 18:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin