Əsas səhifə Haqqımızda Xəbər lenti

Ölümlə nəticələnən avtomobil qəzası baş verib - VİDEO

Ölümlə nəticələnən avtomobil qəzası baş verib -        VİDEO

 Zərbənin təsirindən sürücü hadisə yerində keçinib

 

Kürdəmir rayonunda ağır yol qəzası baş verib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "KİA" markalı avtomaşının sürücüsü - Sumqayıt şəhər sakini Aslan Qəhrəmanov Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarındakı beton lövhəyə çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində keçinib. 

 

Avtomobildəki sərnişin - Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Ziyad qızı Rəhimova isə xilasedicilərin köməyilə avtomobildən çıxarılıb. Deformasiyaya uğrayan avtomobildə sıxılaraq müxtəlif növ ağır bədən xəsarəti alan sərnişin təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Qadın sərnişinin vəziyyətinin ağır olduğu bildirilir.

Müəllif: Ayna.az      7 Fevral 2020 13:05
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin