Koronavirus Yaponiyanı da cənginə alır

Koronavirus Yaponiyanı da cənginə alır

Yaponiyada təhlükəli virusa yoluxanların sayı artır

 

Yaponiyanın Yokohama limanındakı gəminin göyərtəsində 10 nəfər koronaviruslu sərnişin qeydə alınıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, gəmidə olan 3700 nəfərdən 300-ü müayinədən keçib.

 

Yoluxanların sayının artacağı istisna edilmir. Limanda yoxlamalar, keçən ay 80 yaşlı honkonqlu kişinin virusa yoluxmasından sonra başlayıb. Çinlə su yolu ilə sərnişin daşınmasının davam etməsi yoluxanların sayını artırıb.

 

Məlumat üçün bildirək ki, hazırda Çin səhiyyə orqanları virusun yayılmasına nəzarət etmək üçün səylərini artırır, ölkənin şərqində yaşayan, təxminən 18 milyon insana evdən çıxmamaq tövsiyə olunub.

 

Virusun qaynaqlandığı Vuhan şəhərində, idman arenaları da daxil olmaqla, 11 böyük ictimai obyekt xəstələr üçün 10 min çarpayılıq xəstəxanalara çevrilib.

 

Çin Prezidenti Xi Jinpin Çinin qabaqlayıcı tədbirlərinin effekt əldə etdiyini, Çinin virusa qarşı müharibədə qalib gələ biləcəyinə inandığını deyib.

 

Qeyd edək ki, ən son məlumata görə, Çində virusa yoluxanların sayı 24300 nəfəri keçib. Ölənlərin sayı isə 490-a çatıb.

Müəllif: Ayna.az      5 Fevral 2020 19:01
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin