Bakıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarıldı

Bakıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarıldı

"Hadisə ötən ilin dekabr ayında baş verib"

 

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı yayılan məlumat və videogörüntülərə münasibət bildirib.

 

İdarədən AYNA-ya daxil olan məlumatda deyilir:

 

"Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanıb. Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür. Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub".

Müəllif: Ayna.az      18 Yanvar 2020 11:52
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin