İŞİD tərəfdarı polis maşınına yerləşməyib
Piylənmədən əziyyət çəkən İŞİD müftisi Şifa əl-Nima İraqın Mosul şəhərində həbs edilib.
AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, onun daşınması üçün yük avtomobili tələb olunub.
Piylənmiş islamçının yük maşınına yerləşdirilməsi zamanı çəkilən fotosu yayımlanıb. İŞİD tərəfdarı polis maşınına yerləşməyib.
Bildirilir ki, o, İŞİD-in son dövrlərdə həbs olunan ən böyük liderlərindən biridir. Əl-Nima terrorçuların dini lideri olub. Onun fətvaları ilə alim və din xadimləri edam olunub, eləcə də məsciddə terror aktı tödərilib və mədəniyyət irsinin bir sıra abidələri dağıdılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin