Zelenski Qonçarukun istefasını qəbul etmədi

Zelenski Qonçarukun istefasını qəbul etmədi

Aleksey Qonçaruk yanvarın 17-də vəzifəsindən istefa verib

 

Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Qonçarukun Baş Nazir postundan istefasını dəstəkləməkdən imtina edib.

 

AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, dövlət başçısı Baş Nazirə şans vermək qərarına gəlib. Zelenski hökumətdə zəif bəndlərin tapılmasının və onların dəyişdirilməsinin zəruriliyində israr edir.

 

Xatırladaq ki, Aleksey Qonçaruk yanvarın 17-də vəzifəsindən istefa verib. O, istefasını hökumət iclaslarının audio yazılarının yayımlanması ilə əlaqələndirib. Bildirib ki, bunlar quramadır.

Müəllif: Ayna.az      18 Yanvar 2020 01:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin