Evə girən bədheybət hər kəsi qorxuya salıb

Evə girən bədheybət hər kəsi qorxuya salıb

Daha bir "yadplanetli" həşərat tapılıb

 

İndoneziyanın Bali Adasında yaşayan Hari Toaenin evinin tavanında gördüyü qorxunc məxluq görənləri heyrətə salıb.


AYNA xarici mediaya istinadən xəbər verir ki, "Arctiinae" olaraq adlandırılan bu qorxunc məxluqun güvə ailəsinə aid olması ehtimal edilir. 

 

Qorxunc canlının iki qanadının və müxtəlif uzunluqlarda dörd qolunun olduğu görünür.

 
Hari  qanadlı həşərata bənzəyən qorxunc canlının onun evinə yağışdan sonra girdiyini ehtimal edir. 

 

İndoneziyalı əcaib canlıdan qorxsa da, onu evindən qovmayıb, bir gecəlik "qonaq edib": "Bir gecəlik  evimdə qalmasına imkan verəcəm. Ancaq daha çox saxlaya bilmərəm, evimə gələnləri qorxudub qaçıra bilər".

 

Mütəxəssislər bildiriblər ki, bu əcaib canlı cənub-şərqi Asiya və Avstraliyaya xas olan "Creatonotos gangis" adlı güvə növü ilə oxşar səciyyəvi xüsusiyyətlər daşıyır.

Müəllif: Ayna.az      5 İyul 2019 21:29
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin