Bir qızıl, bir gümüş medal qazandıq

Bir qızıl, bir gümüş medal qazandıq

Yuxarı yaş dərəcəsində daha iki idmançımızın nəticəsi bu gün məlum olacaq

 

Karate üzrə 21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) və Fidan Teymurova (-50 kq) WKF Kuboku (Dünya Karate Federasiyası) turnirinin mükafatçıları olub. Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, 4-5 iyul tarixlərində Xorvatiyanın Umaq şəhərində yarışda M.Hacızadə qızıl medala, F.Teymurova isə bürünc mükafata sahib olub.

Yuxarı yaş dərəcəsində daha iki idmançımızın nəticəsi bu gün məlum olacaq. Bu turnirdən əlavə 5-7 iyul tarixlərində Umaqda WKF-in Gənclər Liqası yarışı da keçirilir. Kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə daha 14 idmançı turnirə qatılacaq.

 

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin hər bir yaş dərəcəsində iki idmançının işitrakına üstünlük verib.

 

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov WKF-in Gənclər Liqasını idarə edən hakimlər arasındadır. Yarışda 70 ölkədən 2577 idmançı iştirak edir.

Müəllif: Ayna.az      5 İyul 2019 16:33
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin