Bakıda gözətçini döyüb öldürüblər

Bakıda gözətçini döyüb öldürüblər

Hadisəni törədən şəxs saxlanılıb, barəsində cinayət işi açılıb

 

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində törədilən qətllə bağlı açıqlama yayıb. DİN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə “102 Zəng Mərkəzi”nə məlumat daxil olub.

 

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

 

Görülmüş tədbirlərlə H.Rəhimli tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Müəllif: Ayna.az      2 Yanvar 2020 12:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin