İspaniyadan cavab addımı

İspaniyadan cavab addımı

İspaniya 3 diplomatı ölkədən çıxarır

 

İspaniya hökuməti Boliviyanın iki ispan diplomatı və bəzi polisləri ölkədən çıxarmasına qarşılıq olaraq 3 boliviyalı diplomatı “persona non qrata” elan edib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda həmin diplomatların 72 saat ərzində ölkəni tərk etməli olduqları qeyd edilib. Bundan başqa, İspaniya hökumətu iki ölkə arasındakı iş birliyi və inam hissinin yenidən yaranması istiqamətində addımlar atması üçün Boliviyanın müvəqqəti hökumətinə çağırış edib.

 

Qeyd edək ki, İspaniyadan xaric edilən diplomatlar ticari attaşe Luis Quispe Condori, hərbi attaşe Marselo Varqas Barral və polis işçisi Fernando Oblitas Silesdir.

Müəllif: Ayna.az      31 Dekabr 2019 03:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin