Bibiheybət yolunun açılacağı tarix bəlli oldu

Bibiheybət yolunun açılacağı tarix bəlli oldu

31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır

 

Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub. AYNA xəbər verir ki, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib. 

 

A.Nəcəflinin sözlərinə görə, ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır.

 

"Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşfıtılması nəzərdə tutulur. 31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır". - deyə AAYDA rəsmisi əlavə edib.

 

A.Nəcəfli onu da qeyd edib ki, ərazidə gələcəkdə bu iimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.

Müəllif: Ayna.az      30 Dekabr 2019 14:29
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin