ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-da təyyarə qəzası:             ölənlər var

Aerodromdan qalxan təyyarə avtomobil dayanacağına düşüb

 

ABŞ-ın Lafayett şəhərinin (Luiziana ştatı) yaxınlığında göyərtəsində 6 nəfər olan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

 

AYNA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. 

 

Hadisə yerli vaxtla 09:22-də (17:22 – Bakı vaxtı ilə) baş verib.

 

Aerodromdan qalxan təyyarə 1,5 km məsafə uçduqdan sonra, “Walmart” mağazalar şəbəkəsinin yanında yerləşən avtomobil dayanacağına düşüb.

 

Yerli “KPEL” radiostansiyası qəza nəticəsində azı beş nəfərin öldüyü barədə məlumat yayıb. 

 

Qəza yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib.

Müəllif: Ayna.az      28 Dekabr 2019 23:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin