Liviya rəsmən Türkiyədən hərbi yardım istəyib

Liviya rəsmən Türkiyədən hərbi yardım istəyib

"TBMM Liviyaya hərbi qüvvələr göndərməyi nəzərdə tutan qanun üzərində çalışır"

 

Liviyanın Milli Razılıq Hökuməti hərbi yardımla bağlı Türkiyəyə rəsmi sorğu ilə müraciət edib.

 

AYNA-nın məlumatına görə, bu barədə Liviyanın nümayəndəsinə istinadən "Reuters" agentliyi bildirib.

 

Məlumata görə, Liviyanın beynəlxalq səviyyədə tanınmış hökuməti rəsmi Ankaradan "hava, quru və dəniz" qoşunları ilə bağlı hərbi yardım istəyib.

 

Daha əvvəl Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə Böyük Millət Məclisi Liviyaya hərbi qüvvələr göndərməyi nəzərdə tutan qanun üzərində çalışır. O, Türkiyənin Tripolidəki Fəyaz əl-Sərrac hökumətinə bundan sonra da zəruri dəstək verəcəyini bildirib.

Müəllif: Ayna.az      27 Dekabr 2019 00:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin