Benində gəmi faciəsi: azı 100 nəfər ölüb

Benində gəmi faciəsi:      azı 100 nəfər ölüb

Gəmidə olanların dəqiq sayı məlum deyil

 

Qərbi Afrika ölkəsi olan Benində dini ayinə gedən xristianların istifadə etdiyi gəmi batıb,  nəticədə azı 100 nəfər ölüb.

 

AYNA APA-ya istinadən xəbər verir ki, Nigeriyanın Laqos şəhərində yaşayan 100-dən çox beninli Nokoue gölünün sahillərində, So-Ava şəhərindəki Çerubim və Serafim kilsələrində ənənəvi illik ayinlərdə iştirak etmək üçün yola düşüblər. Ancaq qrupu daşıyan gəmi Beninin ərazi sularında batıb.

 

Gəmidə olanların dəqiq sayı məlum deyil, bu müddətə qədər təxminən 100 nəfərin meyiti sudan çıxarılıb.

 

Gəminin həddindən artıq yüklənməsinə görə batdığı ehtimal olunur.

Müəllif: Ayna.az      25 Dekabr 2019 08:44
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin