Bakıda restoranda zəhərlənmə olub, ölən var

Bakıda restoranda zəhərlənmə olub, ölən var

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

 

Paytaxtda iki nəfər qidadan zəhərlənib. AYNA-nın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Bayramov Sərxan Niyazi oğlu qohumu Həmzəyev Cəlal Ələmdar oğlu ilə birlikdə, Nərimanov rayonu, K.Rəhimov küçəsindəki "Baku Voice Rooms" və Nəsimi rayonu, Tbilisi prospektindəki "Baku City" restoranlarında müxtəlif spitrli içki və qida qəbul ediblər. Bu zaman hər iki şəxsin səhhəti pisləşib.

 

S.Bayramov Kliniki Tibbi Mərkəzə, C.Həmzəyev isə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. S.Bayramov xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif: Ayna.az      24 Dekabr 2019 12:25
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin