ABŞ-da atışma: 13 nəfər xəsarət alıb

ABŞ-da atışma:     13 nəfər xəsarət alıb

Polis əməkdaşları artıq şübhəli şəxsi saxlayıblar

 

ABŞ-ın Çikaqo şəhərindəki fərdi evdə təşkil edilən şənlik mərasimi zamanı baş verən silahlı insident nəticəsində azı 13 nəfər yaralanıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, dörd nəfərin vəziyyəti ağırdır. Bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

 

Polis əməkdaşları artıq şübhəli şəxsi saxlayıblar. Onun üzərindən silah aşkar edilərək götürülüb.

Müəllif: Ayna.az      22 Dekabr 2019 18:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin