Prezident MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə - FOTOLAR

Prezident MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə -       FOTOLAR

Azərbaycan Prezidentini Rusiyanın dövlət başçısı qarşılayıb

 

Dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

 

AYNA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

 

Azərbaycan Prezidentini Rusiyanın dövlət başçısı qarşılayıb. Vladimir Putin görüşdə çıxış edib. Sonra Prezident İlham Əliyev görüş iştirakçıları ilə birgə “1939-cu il II Dünya müharibəsinin başlanması” mövzusunda tarixi-sənədli sərgi ilə tanış olub.

 

Sərgidə toplanan arxiv sənədlərinin əsilləri, kinoxronika, fotolar, muzey əşyaları və digər çoxsaylı eksponat irimiqyaslı dünya müharibəsinə gətirib çıxaran hadisələr haqqında məlumat verir. Həm tarixçilər, həm də ən geniş auditoriya üçün nəzərdə tutulan sərgi Rusiyanın Federal Arxiv Agentliyi, Dövlət Hərbi Tarix Arxivi, Xarici İşlər Nazirliyinin tarixi sənədlər departamenti və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil edilib.



Müəllif: Ayna.az      20 Dekabr 2019 21:54
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin