Növbədənkənar seçkilərlə bağlı yeni mərkəz yaradılır

Növbədənkənar seçkilərlə bağlı yeni mərkəz yaradılır

"Yaxın günlərdə media mərkəzinin yaradılmasına başlanılmalıdır”

 

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı müstəqil media mərkəzi yaradılacaq.

 

AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

 

M.Pənahov qeyd edib ki, ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır: “Bu media mərkəzi başqa ölkələrdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər. Yaxın günlərdə media mərkəzinin yaradılmasına başlanılmalıdır”.

Müəllif: Ayna.az      17 Dekabr 2019 17:50
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin