Zelenski yeni qanun layihəsi hazırlayıb

Zelenski yeni qanun layihəsi hazırlayıb

Ukrayna Prezidenti Konstitusiyaya dəyişiklik etmək niyyətindədir

 

Zelenski Ukraynada hakimiyyətin mərkəzləşdirilməməsi ilə bağlı qanun hazırlayıb.

 

AYNA Rusiya KİV-nə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski  Radada "Ukrayna Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı (hakimiyyətin mərkəzləşdirilməməsi ilə əlaqədar)" qanun layihəsini qeydə alıb.

 

Prezidentin bu qərarı və qanun layihəsi haqqında məlumat Ali Radanın rəsmi saytında yayımlanıb.

 

Məlumatda deyilir ki, qanun layihəsinin Rada tərəfindən müzakirəsi və yekun rəy barədə hələlik dəqiq heç nə yoxdur.


 
Qeyd edək ki, 2014-cü ildə hərbi məğlubiyyətdən sonra Ukrayna ölkənin faktiki federallaşmasını təmin edən Minsk Sazişlərini imzalayıb. Ancaq rəsmi Kiyev tamamilə idarəetmə formasını dəyişdirmək niyyətində deyil və bütün Minsk razılaşmalarının həyata keçirilməsinə mane olur.

Müəllif: Raminə Eyvazqızı      14 Dekabr 2019 22:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin