Artıq Əli Həsənovdan yazmayın – AXI NİYƏ?!

Artıq Əli Həsənovdan yazmayın –     AXI NİYƏ?!

İndi bizim media kapitanları qaradərili qulun gününə qalıblar - nə edəcəklərini, necə edəcəklərini bilmirlər

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Vaxtı keçmiş, kresloya kök atmış məmurların işdən azad edilməsindən xeyli vaxt keçsə də, mətbuatın gündəmini hələ də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun fəaliyyəti tutur. Demək olar ki, hər gün çoxsaylı saytlar bu məmurun və şöbəsinin mətbuatı nə günə qoymasından, kolxoz sistemi ilə idarə etməsindən, xeyli pul ayrılsa belə, düzgün xərclənməməsindən, ideoloji baxımdan effekt vermədiyindən yazır.

Müəllif: Yoldaş Mircəfər      9 Dekabr 2019 10:13
Cəmiyyət bölməsinə aid digər xəbərlər
8 İyul
13:29
Poliklinikalar dərdə dərman ola bilmir – Evdə müalicə problemi
8 İyul
10:29
Xalqdan mandat almışam və istədiyim adamı yerimə təyin edəcəm – Putin haqda “ballada”
7 İyul
22:58
Oyun içində oyun: “Pokeri masada görsəniz, təəccüblənməyin”
7 İyul
20:38
QHT-lərin pandemiyada icazə problemi: Layihələri necə icra etsinlər?
7 İyul
19:07
Azərbaycanda daha 537 nəfər yoluxub
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin