Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Rusiyada sərnişin avtobusunun körpüdən çaya düşməsi nəticəsində 19 nəfər ölüb

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 19 nəfərin ölməsi ilə əlaqədar başsağlığı verib.

 

AYNA-nın məlumatına görə, XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, qəzada həyatını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzulayırlar.

 

Qeyd edək ki, bu gün Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 19 nəfər ölüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Müəllif: Ayna.az      1 Dekabr 2019 20:28
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin