Suriyada partlayışlar baş verib, ölənlər və yaralananlar var

Suriyada partlayışlar baş verib, ölənlər və yaralananlar var

Partlayış zamanı yaxınlıqdakı obyektlərə ziyan dəyib

 

Suriyanın şimalında minalanmış avtomobil partladılıb. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Cerablus ərazisində qeydə alınıb. Partlayış nəticəsində 4 nəfər yaralanıb.

 

Partlayış zamanı yaxınlıqdakı obyektlərə də ziyan dəyib. Təhlükəsizlik qüvvələri bunun terror aktı olduğunu bildiriblər. Hadisənin YPG/PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.

 

Yerli mətbu orqanların məlumatına görə, Suriyada ikinci partlayış paytaxt Dəməşqdə baş verib. Hadisə zamanı 2 nəfər həlak olub. Onların azyaşlı olduqları bildirilir.

 

Müəllif: Ayna.az      1 Dekabr 2019 15:18
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin