“Ermənistan tərəfinin yaydığı məlumat əsassızdır” - Müdafiə Nazirliyi

“Ermənistan tərəfinin yaydığı məlumat əsassızdır” -     Müdafiə Nazirliyi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb

 

 

“Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır”.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən AYNA-ya bildirilib.

 

“Görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır.

 

Digər tərəfdən isə həmişə olduğu kimi Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır”.

 

Müəllif: Ayna.az      26 Noyabr 2019 21:58
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin