Yenə dəm qazından boğulanlar var

Yenə dəm qazından boğulanlar var

Üç nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib

 

Bu gecə saat 00:34-də Təcili Tibbi Yardım Xidmətinə dəm qazından boğulma ilə bağlı çağırış daxil olub. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çağırış Nəsimi rayonu Cavadxan küçəsi, ev 30-dan gəlib.

 

Məlumata görə, 29 yaşlı qadın və 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.

Müəllif: Ayna.az      21 Noyabr 2019 11:58
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin