Yanıq xəsarətləri alanlar xəstəxanaya çatdırılıb

Yanıq xəsarətləri alanlar xəstəxanaya çatdırılıb

İlkin məlumata görə, onların üzərinə qaynar su dağılıb

 

Dünən gecə saat 22.32-də Təcili Tibbi Yardım Xidmətinə 3 nəfərin yanıq xəsarəti alması barədə məlumat daxil olub. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çağırış Xəzər rayonu, Binə südçülük sovxozundan gəlib.

 

Hadisə yerinə yollana həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırıb. İlkın diaqnoz - aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığıdır. Deyilənə görə, onların üzərinə qaynar su dağılıb.

Müəllif: Ayna.az      21 Noyabr 2019 10:59
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin