Qubada yol qəzası: azyaşlı ölüb, yaralananlar var

Qubada yol qəzası:   azyaşlı ölüb, yaralananlar var

Hadisə qonaq getdikləri İspik kəndindən qayıdarkən baş verib

 

Quba rayonunda avtomobil aşıb, azyaşlı ölüb, yaralananlar var. AYNA-nın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun İspik kəndi ərazisində baş verib.

 

Belə ki, Elnur Qeybəli oğlu Qədirovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

 

Nəticədə Quba rayonunun Zərdabi qəsəbə sakini, 2018-ci il təvəllüdlü Polad Şaban oğlu Poladov ölüb. Onun nənəsi Vəzifə Buxsay qızı Qədirova və anası Yeganə Əmrulla qızı Poladova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, hadisə qonaq getdikləri İspik kəndindən qayıdarkən baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az      18 Noyabr 2019 21:20
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin