Ehtiyac meyarı və yaşayış minimumunun həddi müəyyənləşib

Ehtiyac meyarı və yaşayış minimumunun həddi müəyyənləşib

Gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihələri birinci oxunuşda qəbul olunub.

 

AYNA xəbər verir ki, iclasda “Əmək pensiyaları haqqında” (birinci oxunuş), “Məşğulluq haqqında” (birinci oxunuş), “Sosial müavinətlər haqqında” qanun layihələri də qəbul edilib.

 

Bundan başqa, iclasda Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarı və yaşayış minimumu da təsdiqlənib. Belə ki, gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.

 

Gələn il üçün yaşayış minimumu isə, ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən olunub.

 

Qeyd edək ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manatdır.

Müəllif: Ayna.az      13 Noyabr 2019 18:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin