Tarix yazanlar və ya onlar dünyanın bəzəyidir

Tarix yazanlar və ya onlar dünyanın bəzəyidir

Barəsində söhbət açacağım şəxsləri nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da tanıyır və qiymət verirlər

 

Tarixə nəzər salsaq, görərik ki, dövlət idarəçiliyində elm, alim həmişə güclü qüvvə kimi qəbul edilib. Əmir Teymurun hakimiyyəti illərində sənətkarların, din və elm xadimlərinin, yazarların öncül yerdə olması, eyni zamanda yürüşlər zamanı fateh ordusunun zəbt etdiyi yerlərdən alimlərə, ziyalılara toxunmadan onların saraya alınması məhz çevrənin mükəmməlləşdirilməsi, millətin kamilləşməsi siyasətini güdürmüş.

 

Hər dəfə KİV-də Şəmkirin tanınmış ziyalıları haqqında məqalələr dərc olunanda iki şəxsin adına rast gəlmirdim. Bu, məni çox təəccübləndirir, eyni zamanda düşündürürdü. Sonuncu dəfə də belə bir məqalədə eyni ssenari yaşandığı üçün bu məqaləni yazmaq qərarına gəldim. Bir azərbaycanlı, xüsusən də bir şəmkirli olaraq buna biganə qala bilməzdim.

 

Həmin o iki şəxs, hansı ki, onları nəinki Şəmkirdə və Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda dünyanın əksər ölkələrində tanıyır və qiymət verirlər. Doğrudur, onlardan biri artıq xeyli zamandır ki, dünyasını dəyişib, lakin bu, onun adını çəkməməyə və oxucuların diqqətindən kənar saxlamağa haqq qazandırmır. İstərdim həmin ziyalıları sizlərə xatırladım.