"Azərbaycan" İES-də yenə yanğın olub? - RƏSMİ AÇIQLAMA

"Azərbaycan" İES-də yenə yanğın olub? -           RƏSMİ AÇIQLAMA

“Respublikanın enerji təchizatında heç bir problem yaranmayıb”

 

Bu gün sosial şəbəkədə Mingəçevir şəhərində yerləşən elektrik stansiyasında yanğın başlaması barədə məlumat yayılıb. Məsələ ilə bağlı AYNA-ya açıqlama verən “Azərenerji”nin mətbuat katibi Teymur Abdullayev bildirib ki, bu gün Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında (İES) bir transformatorda nasazlıq yaranıb.

 

“Nasazlıq dərhal aradan qaldırılıb. Respublikanın enerji təchizatında heç bir problem yaranmayıb” – deyə Abdullayev vurğulayıb.

 

Xatırladaq ki, 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə “Azərbaycan” İES-in transformatorunda baş verən qəza nəticəsində ölkənin elektrik enerjisi sistemi çökmüşdü. Xoşbəxtlikdən bu dəfə əks-qəza avtomatikasının işə düşməsi nəticəsində heç bir qəza baş verməyib.

Müəllif: Qulu Məhərrəmli      29 İyun 2019 13:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin