Teleaparıcının bıçaqlanması barədə rəsmi məlumat

Teleaparıcının bıçaqlanması barədə rəsmi məlumat

Dünən axşam saat 18:59-da Təcili Tibbi Yardıma çağırış daxil olub

 

Səhiyyə Nazirliyi (SN) teleaparıcı Xose Bernardo və Rafael Hüseynovun bıçaqlanması barədə məlumat yayıb. SN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Pirallahı rayonunda baş verən bıçaqlanma hadisəsi ilə əlaqədar, dünən axşam saat 18:59-da Təcili Tibbi Yardıma çağırış daxil olub.

 

“Pirallahı rayonu Xanlar küçəsi 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər”. – deyə Nazirlikdən bildirilib.

 

Qeyd olunub ki, Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

 

Xatırladaq ki, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan, 1985-ci il təvəllüdlü A.Hüseynov Pirallahi RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif: Ayna.az      11 Noyabr 2019 12:48
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin