Yeni doğulmuş körpəyə qəribə ad qoyulub

Yeni doğulmuş körpəyə qəribə ad qoyulub

Ata: “Mən istəyirəm ki, oğlumuz böyüyəndə “Google” qədər ağıllı olsun”

 

İndoneziyada yaşayan gənc cütlük yeni dünyaya gəlmiş övladlarına qəribə ad verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, uşağa Google adı qoyulub.

 

İndoneziyanın Bekasi şəhərində yaşayan gənc ailə yenicə dünyaya gəlmiş uşaqlarına maraqlı ad qoyub. Uşağın anası Ella Karina bildirib ki, həyat yoldaşı bu adı ilk dəfə təklif etdəndə onunla razılaşmayıb.

 

Lakin uşağın atası Andi Cahya Saputra övladına nəyə görə belə ad vermək istədiyini izah edib: “Mən istəyirəm ki, oğlumuz böyüyəndə “Google” qədər ağıllı olsun”.

 

Bundan sonra Karina özü də böyük həvəslə bu fikri dəstəkləyib. Qohumları uşağa bu adın qoyulmağına etiraz etsələr də, atası israrla oğluna Google adını verib.

Müəllif: Ayna.az      29 İyun 2019 09:05
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin