“İlqar Məmmədov partiyada avtoritar rejim qurur”

“İlqar Məmmədov partiyada avtoritar rejim qurur”

Azər Qasımlı: “Mən ReAL-ın iki yerə parçalanmasında iştirak etmək niyyətində deyiləm”

 

“İlqar Məmmədovun niyyəti budur ki, partiyanı təkbaşına idarə etsin. Son nəticədə isə ReAL partiyası bir təşkilat olaraq sıradan çıxsın. Partiyada avtoritar rejim qurulması istiqamətində addımlar atılır”.

 

AYNA xəbər verir ki, bu fikirləri, ReAL-dan istefa verən Azər Qasımlı, bu gün keçirdiyi mətbuat konfransında səsləndirib. O, partiya daxilində mənfi tendensiyanın yaşandığını deyib.

“Mən görürdüm ki, baş verən proseslər ReAL-ı iki yerə parçalayacaq, iki ReAL yaranacaq. Mən isə bunu istəmirəm, ReAL-ın iki yerə parçalanmasında iştirak etmək niyyətində deyiləm, ona görə istefa vermək qərarına gəldim”, - deyə Qasımlı bildirib.

 

“Bu gedişlə ReAL-da seçki, hesabatlılıq, məsuliyyət deyilən bir şey olmayacaq. Ona görə də mən İlqar Məmmədovun partiyasından gedirəm, özümü bu avtoritar strukturda görmürəm. Burda qalmaq avtoritar strukturda olmaq deməkdir. ReAL-da avtoritar rejim formalaşıb”, - o vurğulayıb.

 

Bununla belə, A.Qaslmlı siyasətdən getmədiyini, mövqeyinin dəyişmədiyini bəyan edib: “İndiki mərhələdə partiya yaratmaq fikrim yoxdur. Amma gələcəkdə hər şey ola bilər”.

 

Qeyd edək ki, A.Qasımlı indiyədək ReAL Partiyası Məclisinin sədri idi.

Müəllif: Ayna.az      6 Noyabr 2019 12:47
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin