Yola çıxan camış qəzaya səbəb oldu

Yola çıxan camış qəzaya səbəb oldu

Qəzada 2 nəfər xəsarət alıb 

 

Gecə saatlarında qəfil magistral yola çıxan camış ağır qəzaya səbəb olub. 

 

AYNA-nın "Qafqazinfo"ya istinadən  xəbərinə görə, hadisə Yevlaxın Tanrıqullar kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qəfil qarşısına çıxan camışı vurub. Yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb. Qəza zamanı “VAZ-2106”da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. 

 

Faktla bağla araşdırma aparılır.

 

Müəllif: Ayna.az      4 Noyabr 2019 00:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin