Rus qoşunlarını ölkədən zülümlə çıxarmışdıq – AXI NİYƏ?!

Rus qoşunlarını ölkədən zülümlə çıxarmışdıq –     AXI NİYƏ?!

Mənə elə gəlir ki, bu yazını oxuyan hər kəs eyni sualı verəcək

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Ötən həftənin əsas hadisələrindən biri, şübhəsiz ki, Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası oldu. Bu iclasda kimlərin iştirak etməsi, nə danışması, hansı qərarlara gəlməsi barədə kifayət qədər məlumatlısan, əziz oxucu. Bu barədə Azərbaycanda özünü reket qəzet sayan və saymayan, 3 əməkdaşla adının qarşısına “beynəlxalq” sözü əlavə edən və etməyən hər bir media qurumu, bir sözlə hamı yazdı. Bu baxımdan səni yormaq fikrindən uzağam.

 

Qısaca xatırladım ki, toplantı zamanı Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirdilər. İclasda, həmiçinin "Beynəlxalq Ordu Oyunları-2019"un yekunları müzakirə olundu və İkinci Dünya Müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçirildi.

Müəllif: Yoldaş Mircəfər      4 Noyabr 2019 10:09
Siyasət bölməsinə aid digər xəbərlər
8 İyul
15:03
COVID-19 xəstələrinin evdə müalicəsinin DETALLARI
8 İyul
13:29
Poliklinikalar dərdə dərman ola bilmir – Evdə müalicə problemi
8 İyul
10:29
Xalqdan mandat almışam və istədiyim adamı yerimə təyin edəcəm – Putin haqda “ballada”
7 İyul
22:58
Oyun içində oyun: “Pokeri masada görsəniz, təəccüblənməyin”
7 İyul
20:38
QHT-lərin pandemiyada icazə problemi: Layihələri necə icra etsinlər?
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin