Milli Şura 2 noyabr aksiyasını ləğv etdi

Milli Şura 2 noyabr aksiyasını ləğv etdi

Əli Kərimli mitinqin ləğv olunması barədə məlumat yayıb

 

Demokratik Qüvvələrin Milli Şurası noyabr ayını 2-nə təyin olunmuş razılaşdırılmamış aksiyanı ləğv edib. AYNA xəbər verir ki, bu barədə Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli "Facebook" səhifəsində bildirib.

 

Qeyd edək ki, Milli Şura noyabrın 2-də mitinq təyin edib. Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün Milli Şuranın müraciətə baxıb və mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.

 

Lakin AXCP sədri Əli Kərimli ötən gün Bakı Şəhər İcra Hakimiyyətin təklifi qəbul etməyərək, mitinqi “28 May” metrostansiyasının qarşısında razılaşdırılmamış mitinq edəcəklərini açıqlayıb.

 

Müəllif: Ayna.az      31 Oktyabr 2019 22:01
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin