Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev: “Azərbaycan demokratiya, hüquq və azadlıq dəyərlərinə sadiqdir”

İlham Əliyev: “Azərbaycan demokratiya, hüquq və azadlıq dəyərlərinə sadiqdir”

Prezidenti: “Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə BMT qətnamələri 26 ildir ki, kağız üzərində qalır

 

Xəbər verdiyimiz kimi, oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb. Qoşulmama Hərəkatının sədri seçilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə nitq söyləyib:

 

“Hörmətli dövlət və hökumət başçıları.

 

Hörmətli qonaqlar, xanımlar və cənablar.

 

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün bütün iştirakçılarını səmimiyyətlə salamlayır və hər birinizə “Xoş gəlmisiniz!” deyirəm.

 

2016-2019-cu illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyinə görə Venesuela Bolivar Respublikasına təşəkkürümü bildirirəm.

 

Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

 

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır.

 

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm.

 

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Müəllif: Ayna.az      25 Oktyabr 2019 16:17
Siyasət bölməsinə aid digər xəbərlər
28 Noyabr
22:30
Sürücülər narazıdır: “Avtomobili belimizə şələləyək?”
28 Noyabr
19:00
İşğaldan azad edilmiş rayonları necə dirçəltməli – İki əsas istiqamət var
28 Noyabr
17:25
Son sutkada 32 nəfər COVID-19-dan vəfat edib
28 Noyabr
15:11
Qarabağ müharibəsinin qorxusu: Ukraynadakı separatçılar səfərbərliyə başladılar
28 Noyabr
10:58
“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur”
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin