Prezident daha bir Xalq artistinə mənzil verdi

Prezident daha bir Xalq artistinə mənzil verdi

Bəyimxanım Verdiyeva-Cavanşirova: "Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk"

 

Ölkə Prezidenti İlham Əliyev tanınmış sənətkar, Xalq artisti Fikrət Verdiyevə mənzil hədiyyə edib. AYNA xəbər verir ki, bunu Xalq artistinin həyat yoldaşı, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Verdiyeva-Cavanşirova deyib.

 

O, qeyd edib:

 

“Bu gün hər zaman sənətə – sənətkara dəyər verərək, xalqın sevgisini, rəğbətini qazanmış cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, tarzən-Gəncə şəhərində 50 il bundan öncə “Göygöl “ansamblının yaradıcısı və Gəncə Dövlət Filarmoniyasının yaranmasında müstəsna xidmətləri olan Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin edib.

 

Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!”.

Müəllif: Ayna.az      18 Oktyabr 2019 01:49
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin