Ramil Usubov İlham Əliyevə söz verdi

Ramil Usubov İlham Əliyevə söz verdi

Prezident Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.

 

AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Ramil Usubovun uzun illər Daxili İşlər naziri vəzifəsini uğurla icra etdiyini bildirib. Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu vurğulayan Prezident ölkə qarşısında duran vəzifələrin lazimi səviyyədə icrası üçün təhlükəsizlik tədbirlərinin daim gündəlikdə olmasının önəmini qeyd edib.

 

Prezident İlham Əliyev Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.

 

Ramil Usubov ona etimad göstərib Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifəyə təyin edilməsi ilə əlaqədar dövlət başçısına minnətdarlığını ifadə edib. O bildirib ki, Daxili İşlər naziri vəzifəsində çalışdığı uzun illər ərzində rəhbərlik etdiyi nazirlik öz fəaliyyətində Heydər Əliyevin, sonrakı dövrlərdə isə İlham Əliyevin yüksək diqqət və qayğısını daim hiss edib.

Müəllif: Ayna.az      25 İyun 2019 16:36
Xəbərlər bölməsinə aid digər xəbərlər
19 Oktyabr
23:52
Qarabağdan uzaqda: 7 kənd, 7 min köçkün və 7-dən 77-yə qətliam
19 Oktyabr
21:49
Gəncə - Qəhrəman şəhərdir!
19 Oktyabr
20:34
İlham Əliyev: "Ermənistan vasitəçilərə və öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi"
19 Oktyabr
19:19
“Şəhidlərin borcları silinsin, yaralıların borcları dondurulsun”
19 Oktyabr
15:32
Diqqətli olaq: “Ermənilər terror aktlarını satqınların əli ilə də törədə bilərlər”
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin