Əsas səhifə Haqqımızda Xəbər lenti

"Putinin reytinqi düşür" - Politoloq

"Putinin reytinqi düşür" -         Politoloq

"İllər keçir və Putinin reytinqi tədricən aşağı düşür"

 

AYNA xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O, Rusiya Prezidentinin “Valday” diskussiya klubundakı çıxışında yaddaqalan məqamlara toxunub:

 

"Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubundakı çıxışında bir çox mətləbə toxundu, beynəlxalq mövzulardan danışdı, hər zaman səsləndirdiyi narahatlıqlarını təkrarladı. Ancaq onun çıxışının mənim üçün ən yadda qalan hissəsi Rusiyanın 1990-cı illərdə sürükləndiyi ağır durumla bağlı idi. Putin faktiki etiraf etdi ki, 1990-cı illərin sonunda Çeçnistanda və Dağıstanda baş qaldıran beynəlxalq terrorçuları neytrallaşdırmasaydı, Rusiya dağılacaqadı".

 

E.Şahinoğlu hesab edir ki, Putin bu fikirlərində haqlıdır.

 

"Rusiya birinci Çeçenistan müharibəsindən məğlub çıxdı və təxminən 3 il Çeçenistan müstəqil idi, Moskvaya heç bir tabeçiliyi yox idi. Rusiyanın keçmiş prezidenti Boris Yelstini həm xəstəliyi taqətdən salmış, həm də ölkənin idarəçiliyində ciddi boşluqlar var idi, mərkəzdənqaçma meylləri güclənirdi. Yeltsinin Putini əvvəlcə baş nazir, bir az sonra isə yerinə təyin təyin etməsiylə vəziyyət dəyişdi. Bir qrup çeçen savaşçının 1999-cı ildə Dağıstana hücuma keçməsi Putini hərəkətə keçirdi. Buna qədər elə bir populyarlığı olmayan Putinin ulduzu parladı. O, ordunu səfərbər edərək çeçenlərə qarşı müharibəyə başladı və böyük qurbanlar hesabına Çeçenistanı ram etdi. Həmin illərdə neftin qiymətinin qalxması da Putinin işinə yaradı, maaşlar və pensiyalar qaldırıldı, müxtəlif iqtisadi layihələr reallaşdırıldı. Beləliklə, Putinin reytinqi artdı və 20 ildir hakimiyyətini qoruyur. Ancaq illər keçir və reytinqi tədricən aşağı düşür, “Krım bizimdir” təbliğatının da təsir gücü azalıb", - deyə politoloq bildirib. 

 

Müəllif: Ayna.az      4 Oktyabr 2019 00:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin