Təklif: “II ixtisas qrupu üzrə plan yerləri azaldılsın”

Təklif: “II ixtisas qrupu üzrə plan yerləri azaldılsın”

"II ixtisas qrupunda yer alan regionşünaslıq, beynəlxalq münasibətlər, eləcə də dövlət və bələdiyyə idarəetməsi ixtisasları III ixtisas qrupunun tərkibinə verilsin”

 

Təhsil eksperti Elçin Əfəndi II ixtisas qrupu üzrə plan yerləri azaldılmasını təklif edir. O, bu barədə AYNA-ya açıqlamasında bildirib.

 

“Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə təklif edirəm ki, 2020/2021 tədris ili üçün ali məktəblərə qəbul aparılan zamanadək II ixtisas qrupu üzrə plan yerləri azaldılsın və ya II ixtisas qrupunda yer alan regionşünaslıq, beynəlxalq münasibətlər, eləcə də dövlət və bələdiyyə idarəetməsi ixtisasları III ixtisas qrupunun tərkibinə verilsin”, – deyə E.Əfəndi qeyd edib.

 

Ekspert bu təklifin hansı səbəbdən qaynaqlandığına da aydınlıq gətirib: “Hazırda II ixtisas qrupuna maraq kəskin şəkildə azalıb. Bunun başlıca səbəbi II ixtisas qrupuna əlavə edilmiş ümumi tarix fənni ilə bağlıdır. II ixtisas qrupu üzrə hazırlaşan bir çox abituriyentlər məhz bu səbəbdən III ixtisas qrupuna keçid edirlər. Nəticədə II ixtisas qrupu üzrə ayrılmış plan yeri üzrə o qrupu seçən abituriyentlərin sayında kəskin şəkildə fərq yaranır”.

Картинки по запросу elçin əfəndi

“Təkcə 2019/2020 tədris ili üzrə ali məktəblərə qəbul zamanı II ixtisas qrupu üzrə 14126 nəfər abituriyent ərizə verdiyi halda, III ixtisas qrupu üzrə 21464 nəfər abituriyent ərizə vermişdi. Amma II ixtisas qrupu üzrə 14181 plan yeri ayrıldığı halda müsabiqədə 10166 nəfər abituriyent iştirak etdi. Düzdür, bu zaman müsabiqəyə subbakalavrlar da qoşulsa da, nəticədə bir o qədər dəyişiklik olmadı. Yenə də kifayət qədər boş qalan yer oldu”, - deyə o qeyd edib.

 

E.Əfəndi onu da xatırladıb ki, III ixtisas qrupu üzrə isə 11271 plan yeri ayrıldığı halda müsabiqəyə 17465 nəfər abituriyent qoşulmuşdu: “Burada da subbakalavrlar iştirak etsə də, onlardan az sayda ali məktəbə qəbul olan oldu. Demək olar ki, təxminən 10000 nəfər yaxın abituriyent və subbakalavr məhz III ixtisas qrupu üzrə ali məktəbə daxil ola bilmədi. Bütün bunları nəzərə aldıqda II ixtisas qrupu barədə yuxarıda dediyim fikirlər üzrə ciddi işlərin görülməsi zərurəti yaranır”.

Müəllif: Ayna.az      26 Sentyabr 2019 19:29
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin