Bakıda sərnişin avtobusu yoldan çıxaraq qəzaya uğrayıb

Bakıda sərnişin avtobusu yoldan çıxaraq qəzaya uğrayıb

Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir

 

Bu gün günorta saatlarında Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

 

Onun sözlərinə görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb: “Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”.

Ağayev qeyd edib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir.

Müəllif: Ayna.az      23 Sentyabr 2019 12:48
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin