Əsas səhifə Haqqımızda Xəbər lenti

Əkiz övlad dünyaya gətirən ananın ölüm səbəbi açıqlanıb

Əkiz övlad dünyaya gətirən ananın ölüm səbəbi açıqlanıb

“Reanimasiyaya daxil olarkən xəstədə böyrək çatışmazlığı inkişaf edib”

 

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından (RMX) ana ölümü ilə bağlı açıqlama verilib. AYNA xəbər verir ki, xəstəxanadan Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xəyalə Ədalət qızı Cəlilabad RMX-yə kritik ağır vəziyyətdə daxil olub: “Həkimlərin verdiyi məlumata görə, hamiləlik zamanı antenatal xidməti olmayıb və müayinə zamanı əkiz uşaqların olduğu müəyyənləşib. Uşaqlığında çapıq var idi, çünki ilk doğuşu da qeysəriyyə vasitəsilə həyata keçirilib”.

 

“Daxil olduğu zaman periferik ciddi ödəmləri olub, təzyiqi 220-150, ağır dərəcədə preeklampsiya, anemiya 3-cü dərəcə, hemoqlobin 60 qram litrlə, dölyanı mayenin axması ilə xəstəxanaya daxil olub. Uşaqların biri 2 kiloqram 300 qr, digəri isə 2 kiloqram 100 qr olaraq qeysəriyyə əməliyyatına alınıb və götürülüb. Uşaqların vəziyyəti stabildir”, - deyə bildirilib.

 

Qeyd edilib ki, ana əməliyyatdan dərhal sonra reanimasiyaya götürülüb: “Reanimasiyaya daxil olarkən xəstədə böyrək çatışmazlığı inkişaf edib. Xəstənin ağ ciyəri ödəm idi. Bir neçə patologiya bir arada olduğuna görə reanimasiyada bütün tədbirlər multidisiplinar qaydada həyata keçirilib. Reanimatoloqlar tərəfindən baxış keçirilib. Xəstəyə altı saat ərzində ən yüksək səviyyədə Sipiar tədbirləri həyata keçirilib. Təkrar intubasiya edilib, kardiopulmanar resustasiya olundu, xəstədə ürək çatışmazlığı, ağciyər tənəffüs çatışmazlığı inkişaf etsə də, ürəyin süni, qapalı masajı və dəfələrlə defibilyasiya edildi. Bütün reanimasyon tədbirlərin keçirilməsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

 

Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana doğuşdan sonra vəfat edib. Biləsuvar rayon sakini Xəyalə Əhmədovanın xəstəxanada qeysəriyyə yolu ilə əkiz övladı dünyaya gəlib. Daha sonra X. Əhmədovanın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      16 İyun 2021 12:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin