Əsas səhifə Haqqımızda Xəbər lenti

Aleksandr Ata Birinci Fəxri xiyabanda dəfn olunub

Aleksandr Ata Birinci Fəxri xiyabanda dəfn olunub

Prezident və birinci xanım dəfn mərasiminə əklil göndərib

 

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi keçirilib. AYNA xəbər verir ki, mərasim Rus Pravoslav Kilsəsində baş tutub.

 

Vida mərasimində Qafqaz Müsəlmanları İfdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər din xadimləri iştirak ediblər. Aleksandr Atanın Azərbaycanda dinlərarası münasibətlərin, multikultiralizmin inkişafında, Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin bərqərar olmasında rolundan bəhs edilib.

 

Vida mərasimindən sonar mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Aleksandr İşeinin dəfn mərasiminə əklil göndərib.

 

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. O, Moskva Teoloji Akademiyasını bitirib. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. Aleksandr İşein 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.

 

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

#

Müəllif: Ayna.az      13 İyun 2021 14:32
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin