Əsas səhifə Haqqımızda Xəbər lenti

Qubada atasını baltalayıb öldürən şəxs tutulub

Qubada atasını baltalayıb öldürən şəxs tutulub

Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

 

İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə AYNA-ya Quba Rayon Prokurorluğundan məlumat verilib.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürüb.

 

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə istintaq davam edir.

Müəllif: Ayna.az      10 İyun 2021 09:28
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin