Polisdən vətəndaşlara müraciət

Polisdən vətəndaşlara müraciət

“Sürücülər təhsil müəssisələri istiqamətində hərəkət edərkən diqqətli olmalı və başqa hərəkət iştirakçılarını düşünməlidirlər”

 

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə bağlı valideynlərə müraciət edib. Qurumdan AYNA-ya daxil olan müraciətdə deyilir:

 

“Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Təhsil müəssisələri, onlara bitişik küçə və yollar nəzarətə götürülməklə xidmət davam etdiriləcək. Hərəkətin sıxlığını nəzərə alaraq, valideynlər təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb məktəblilərin düşürüb mindirilməsinə diqqət yetirsinlər. Niyə diqqət yetirsinlər?

 

Bir istiqamətli iki hərəkət zolağı olan avtomobil yolunda, təxminən 30 saniyə dayanmaq eyni istiqamət üzrə hərəkətdə olan 60-a yaxın nəqliyyat vasitəsinin sürücüsünün, təxminən 7-10 dəqiqə ləngiməsi deməkdir. Ona görə də avtomobil sürücüləri və sahibləri təhsil müəssisələri istiqamətində hərəkət edərkən diqqətli olmalı və başqa hərəkət iştirakçılarını da düşünməlidirlər.

 

Ən azından avtomobili olmayan və ictimai nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin də məktəb istiqamətində və yaxud işə ləngiməmələri üçün bu tələblər mütləq yerinə yetirilməlidir”.

Müəllif: Ayna.az      11 Sentyabr 2019 19:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin