Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

Yoluxma sayına görə ABŞ birinci yerdədir 

 

Dünyada son bir gündə koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

 

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 721 398 hal qeydə alınıb, COVID-19-dan 11 491 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 153 954 491, ölüm hallarının sayı 3 221 052 təşkil edir.

 

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 123 136 nəfər virusa yoluxub. Daha sonra Hindistan (20 665 148) və Braziliya (14 779 529) gəlir.

Müəllif: Ayna.az      6 May 2021 06:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin