Əhməd Ağaoğu ilə bağlı dəqiqləşdirməyə ehtiyac var

Əhməd Ağaoğu ilə bağlı dəqiqləşdirməyə ehtiyac var

“Ola bilər ki, mütəxəssislərdə daha etibarlı istinadlar olsun”

 

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova  Azərbaycan və Türkiyə ictimai xadim kimi tanınmış  siyasətçisi, türkoloq, jurnalisti, pedaqoq Əhməd Ağaoğlunun doğum tarixi ilə bağlı dəqiqləşdirmə aparıb.

 

AYNA xəbər verir ki, F.Əhmədova Əhməd Ağaoğlunun təvəllüd tarixinin ayrı-ayrı mənbələrdə fərqli yazıldığını bildirir: “Əhməd Ağaoğlu 1905-ci ildə istintaqa verdiyi ifadədə 38 yaşı olduğunu gostərir. Bu isə 1867-ci ildə doğulduğuna şəhadət edir. Dilqəm Əhmədin göndərdiyi – Lalə xanımın kitabında verilmiş tərcümeyi-halında 1868-ci ildə doğulduğunu yazır”.

 

“Xatirələrinin əvvəlini belə başlayır: "Bu il 67 yaşım oldu". Xatirələrinin yazılma tarixi də dəqiqləşdirməyə imkan verər. Mızarı üzərində doğum tarixi 1869 göstərilib. Onda belə çıxır ki, xatirələrini 1936-cı ildə yazmağa başlayıb”, - deyə tarixçi qeyd edir.

Image result for firdovsiyyə əhmədova

F.Əhmədovanın sözlərinə görə, Fərhad Cabbarovun kitabında isə Əhməd bəy Bakı şəhərinin başçısı İretskinin onu “gənc xəyalpərəst” adlandırmasına münasibət bildirəndə 38 yaşında olub: “O, 1905-ci il fevralın 24-də "mənim artiq 38 yaşım var" yazaraq istintaq ifadəsində həm əvvəldə, həm də mətndə konkret rəqəm göstərdiyi bəlli olur”.

 

Tarixçi bu rəqəmi daha inandırıcı hesab edir: “Çünki həm yaş etibarən daha erkən illərdə qeyd edir, həm də rəsmi protokolla istintaqa verdiyi ifadə göstərilib. 1905-ci ilin fevralın 24-də artıq 38 yaşı olması fərqli tarixi ortaya qoyur. Təbii ki, görkəmli mütəfəkkirin 1867, 1868, 1869-cu illərə aid ola biləcək təvəllüd tarixinin, əhəmiyyətli olmasa da, bir sıra tarixi hadisələri dəqiqlədirmək, digər tərəfdən, əlavə mənbələrin imkan verəcəyi halda düzgün qeyd etmək gərəklidir”.

 

“Ola bilər ki, mütəxəssislərdə daha etibarlı istinadlar olsun”, - deyə F.Əhmədova qeyd edir.

Müəllif: Ayna.az      7 Sentyabr 2019 21:49
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin