Əsas səhifə Haqqımızda Xəbər lenti

"Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır"

"Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır"

Lukaşenko İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlama verib 

 

“Allaha şükür, hər şey bitib. Sadəcə, sağ olun ki, bitirdiniz və əminəm ki, Siz tarixin bu səhifəsini çevirəcəksiniz. Azərbaycan məsələyə bu cür yanaşmaqla Azərbaycanda yaşayan ermənilərin boyunlarını əyməyə hazırlaşmır, axı onlar təkcə Qarabağda deyil, başqa yerlərdə də yaşayırlar. Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır, mən belə nümunələr görməmişəm. Siz bizi haraya çağırsanız hər cür kömək göstərəcəyik. Biz öz variantlarımızı təklif edəcəyik”.

 

AYNA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlamasında deyib.

 

Belarus Prezidenti, həmçinin əlaqələrimizin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd edərək, eyni zamanda, onun işğaldan azad olunmuş ərazilərimizin bərpası və ölkəmizdə pandemiyaya qarşı mübarizədə fəaliyyətini yüksək qiymətləndirib.

Müəllif: Ayna.az      14 Aprel 2021 23:26
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin