Əsas səhifə Haqqımızda Xəbər lenti

Ölkəmizdə koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Ölkəmizdə koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Vurulan vaksinlərin sayı 1 milyon 111 min 722-yə bərabərdir

 

Azərbaycan Respublikasında daha 42 min 234 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 33 min 930, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 8304 nəfər olub.

 

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 111 min 722-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 706 min 433, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 405 min 289 nəfərdir.

Müəllif: Ayna.az      9 Aprel 2021 16:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin