Əsas səhifə Haqqımızda Xəbər lenti

Putin Merkellə Donbassı müzakirə edib

Putin Merkellə Donbassı müzakirə edib

Liderlər arasında telefon danışığı olub

 

Rusiya Prezidenti Vladimir Putinlə Almaniyanın Baş Kansleri Angela Merkel arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Kremlin saytında məlumat dərc edilib.

 

Qeyd edilib ki, liderlər Ukrayna ətrafında baş verənləri müzakirə ediblər. Putin rəsmi Kiyevin Donbassda təxribatçı hərəkətlər törətdiyini qeyd edib. Rusiya liderinin sözlərinə görə, Kiyev son vaxtlar təmas xəttindəki vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirib.

 

Tərəflər eyni zamanda, Suriyadakı vəziyyəti müzakirə ediblər. Putin və Merkel bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar. Rusiya Prezidenti Suriya xalqına xarici yardımın göstərilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və qaçqınların geri qaytarılması ilə bağlı məsələləri siyasiləşdirməməyə çağırıb.

 

Müəllif: Ayna.az      8 Aprel 2021 16:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin